Ukraynalı çempion: dünya çempionatında qızıl medalı qazandığım üçün çox xoşbəxtəm

Güclü rəqiblərim vardı və hər döyüş öz-özlüyündə çətin idi. Ölkəm üçün qızıl medal qazandığıma çox xoşbəxtəm. Bu günü həyatım boyu xatırlayacağam.

Frame.az xəbər verir ki, bu sözləri jurnalistlərə müsahibəsində Bakıda keçirilən cüdo üzrə dünya çempionatının qızıl medalına sahib olan Ukrayna təmsilçisi Darya Beloded söyləyib.

D.Beloded qeyd edib ki, Bakıda keçirilən çempionat dünya standartları səviyyəsində təşkil olunub. “Biz özümüzü evimizdə olduğu kimi hiss edirik və buna görə təşkilatçılara təşəkkürümü bildirmək istəyirəm”, -deyə çempion əlavə edib.

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: