FestivallarMusiqiTəqdimat

Ukraynanın “Spiritual Seasons” kollektivi Bakıda

Ukraynanın “Spiritual Seasons” qrupu sentyabrın 28-də və 29-da Bakıda “Le Chateau” klubunda iki müxtəlif konsert proqramı ilə çıxış edəcək.

Konsertin təşkilatçıları bildiriblər ki, qrupun ifasında şimal xalqlarının mahnıları və orta əsrlər melodiyaları təqdim ediləcək.

Repertuarını daim yeniləyən qrup Avropanın, o cümlədən Skandinaviya, slavyan xalqlarının kompozisiyalarına müraciət edir, habelə xalq yaradıcılığı nümunələrini interpretasiyada təqdim edir. Qrup müxtəlif eksperimentlər edir, habelə Avropa folkloru və tarixi musiqi üslublarında yaratdığı öz mahnılarını ifa edir.

Kollektiv 1994-cü ildə yaradılıb. Qrupa Viktor Smirnov, Mixail Papuş, Anton Smirnov, Mariya Boquslavskaya, Yeqor Smirnov, Alla Kuşnır daxildir.

Qrup Ukrayna, Rusiya, Qazaxıstan, Belarus, Litva, Latviya, Polşa, Moldova, Azərbaycan, Gürcüstan, Almaniya, Norveç, Türkiyə, Kipr, Malayziya və digər ölkələrdə qastrollarda olur.

Frame.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!