EventsFestivallarMusiqiƏn Son

“ Ümid 2018” – Müsabiqə – festivalı!

13 – yanvar Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında , “Ümid 2018 ” adlı incəsənət müsabiqəsi keçiriləcək.

Azərbaycan Gənclər İttifaqı hərkəsi bu İncəsənət yarışında iştirak eləməyə dəvət edir.

“Qeyd etmək lazımdır ki, yarışmanın keçirilməsində məqsəd istedadlı uşaqlar və gənclərlə tanışlıq, onları tapmaq, üzə çıxartmaqdır. Həmçinin regionlarda olan istedadlı gənclərin tanıtımıdır. Gürcüstandan, İran, Ukraina və Rusiyadan gələn qrupların vokal, misiqi və xoreoqrafik çıxışları gözlənilir.” – AGİ sədr müavini – Əziz Əzizov dedi.

“ Ümid 2018 ” yarışmasında bir neçə janrlarda iştirakçıların çıxışları gözlənilir. Bu janırlar: 1 – folklorlar, 2- klasika, 3- Estrada ,  incəsənətin bir neçə növləri – mahnı, teatr, vokal, bədii qiraət, xoreoqrafiya. Yaş məhdudiyəti yoxdur. 4- yaşdan başlayaraq hər bir kəs yarışmada iştirak edə bilər. İştirakçılar yaş kateqoriyalarına bölünürlər. Baby (4-7 yaş), child ( 7-10 yaş ), junior ( yeniyetmələr ), adults ( böyüklər ).
Hər bir janırda bu kimi nominasiyalar var: solo, duet, kiçik qruplar və ansambıllar.

Obyektivlik və dürüstlük naminə, çıxışlar zamanı iştirakçıların hansı studiya və ya məktəbi təmsil etdikləri açıqlanmır ( bu proses mükafatlandırma zamanı açıqlanır). Seçim iştirakçının qeydiyat nömrəsi ilə aparılır.

Hakimlər heyəti Azərbaycanın Əməkdar artistləri və İncəsənət xadimləridirlər.

Qeydiyat üçün əlaqə nömrələri.

Az.gencler@mail.ru

+994557079002
+994124971236

Frame.az

 

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!