“Ümid Beynəlxalq İncəsənət” yarışması keçiriləcək

Azərbaycan Gənclər İttifaqı və Azərbaycan Rəqs Assosiasiyasının təşkilatçılığı ilə 13 Yanvar Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında “Ümid Beynəlxalq İncəsənət” yarışması keçiriləcək. Yarışmaya təşkilatı dəstək Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Jam Group. Yarışma yaş kateqoriyasına görə keçirilir: beybi (6 yaşa kimi), uşaq (10 yaşa kimi), yuniorlar (16 yaşa kimi), ergin (16 yaş və yuxarı).

Belə yarışları keçirtməkdə məqsədimiz gənclərin kənarda qalmaması. Onların öz bacarıqları sayəsində uğurlar qazana bilmələri, səhnələrə çıxmaqları və özlərinin daha da inkişaf etdirməklərinə səbəb olmaqdı. Məlumdur ki, yerlər münsiflər heyyəti tərəfindən seçilir. Yarışmadakı iştirakçılar, qrup rəhbərləri yarışmadan sonra görkəmli, ad qazanmış, bu sahədə illərdi çalışan münsiflər heyyətimizlə söhbətlər edə və məsləhətlər ala bilərlər. Ümid edirik ki, keçirtdiyimiz və keçirdəcəyimiz bütün müsabiqələr, festivallar, konsertlər iştirak edən hər bir kəs üçün yararlı və uğurlu olar.

Müsabiqədə iştirak edən bütün iştirakçılara uğurlar diləyirik.

Frame.az

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: