Sosial

Ümumdünya Hepatitlə Mübarizə Günü münasibəti ilə aksiya keçirilib

28 İyul 2017-ci il tarixdə Ümumdünya Hepatitlə Mübarizə Günü münasibəti ilə Qastroenteroloqlar və hepatoloqlar Assosiasiyasının mütəxəssis həkimləri əhali üçünvacib olan maarifləndirmə aksiyası keçirdilər. Aksiyanın məqsədi əhalinin sağlamlığının qorunması üçün profilaktik müayinələr aparılaraq hepatit virusunun törətdiyi fəsadların qarşısının alınmasıdır. Aksiyaya Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının fəalları qoşulmuşdur. Hal hazırda Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin registrində 1500-dən çox hemofiliyalı vətəndaşlarımız var.
20 yaşdan yuxarı xəstələr arasında 60 % hepatit C virusuna yoluxmuşlar. Keçmiş zamanlarda isə hemofiliyalı pasientlərin 90-95% hepatit C virusuna yoluxumuşdur.

Azərbaycanda 2006-cı ildən hemofiliyalı pasientlərin müasir təhlükəsiz dərman preparatları ilə müalicəsi başladı, plazma və donor qanının skrininqi yaxşılaşdı, ona görədə yoluxma ehtimalı demək olar ki azaldı. Lakin 70, 80, 90-cı illərdə hepatit haqqında heç bir məlumat yox idi və kütləvi şəkildə hər kəs hepatit viruslarına yoluxmuşdur. Pasientlərin çoxunun heç xəbərləri yoxdur ki onlar nə vaxt hepatit C virusuna yoluxublar.

Hepatit C – nin interferonla müalicəsi hemofiliyalı pasientlər üçün əl vermir. Çünki interferonla olan müalicə zamanı trombositlərin sayı düşə bilər və buda hemofiliyalı xəstənin həyatını təhlükə altına salır. Nəticədə xəstələr müalicəyə icazə verilmirdi. Habelə inerferon dərialtı inyeksiyalar ilə həyata keçirilir.
Hal hazırda birbaşa antivirus müasir dərman preparatlarının istehsalı Hepatit C virusla yaşayan hemofiliyalı xəstələr üçün yeni imkanlar yaradır.

Müalicədən məlumat verən, Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının rəhbəri Ayaz Hüseynov, bildirmişdir ki: – “Əvvəllər biz təsəvvürümüzə gətirə bilmirdik ki, nə zamansa, 3 ay ərzində gündə bir həblə müalicə olacaqsan və tam sağala bilərsən. Bizim təşkilatın üzvləri hesab edirlər ki, Azərbaycanda hepatitlərin diaqnostikası yaxşılaşmalıdır.
Hemofiliyalı pasientlərə təmənnasız qaraciyərin elastoqrafiyası keçməlidir, çünki biopsiya onlar üçün əksgöstərişdir.
PCR diaqnostikanın olunmasıda vacibdir. Əlbəttə ki, hepatit C virusunun müalicəsi üçün dərman preparatların təminatı əsas problem kimi gündəmdədir.
Bizdə digərləri kimi, interferonsuz, müasir dərmanlarla terapiyaya ümid edirik. Çox təəssüf ki, dərmanlar çox bahalı olduğuna görə xəstələrimiz üçün bu əlçatarlı deyil.”

Frame.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!