FinansIqtisadiyyatSosialTurizmTəqdimat

Unibank şəhid ailələrinə dəstək olub

Unibank, Özünüməşğulluq layihəsi çərçivəsində şəhid ailələrinin şəxsi bizneslərini yaratmasına dəstək olub.Bərdə sakinləri olan, şəhid ailələri Elnur Quliyevvə Xəqani Təhməzov “Unibank”ın dəstəyi iləfərdi heyvandarlıq təsərrüfatına sahib olublar. Bank əməkdaşları onlara təsərrüfat yaratmaq üçün lazım olan iribuynuzlu heyvandarlıq paketini hədiyyə edib.

Qeyd edək ki, Unibank ötən ildən həssas əhali qruplarının özünüməşğulluq proqramına qoşulub. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Mərkəzi Bank və Azərbaycan Banklar Assosiasiyası arasında imzalanmış Memorandum çərçivəsində banklar şəxsi biznesini qurmaq istəyən həssas əhali qruplarını öz biznes planlarına uyğun olaraq istehsal və ya xidmət avadanlıqları ilə təmin edir. Məqsəd həmin şəxslərin kiçik ailə bizneslərini qurmalarına və yaxud mövcud bizneslərini  inkişaf etdirmələrinə dəstək olmaqdır.

Korporativ sosial məsuliyyət “Unibank”ın fəaliyyətində əsas istiqamətlərdən biridir. Bank 2018-ci ilin əvvəllərində Azərbaycan bank sektorunda ən böyük Korporativ Sosial Məsuliyyət layihələrdən birinə imza atıb. 2018-ci ilin mart ayından etibarən bank Güllə atıcılığı üzrə milli paralimpiya komandasının rəsmi dəstəkçisidir. Ötən il və bu il isə Bank şəhid ailələri ilə bağlı sosial layihələrə xüsusilə diqqət yetirir.

 

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!