Baku Shopping Festival

Unikal və lüks “La perla” markasında 70%-dək festival endirimləri!

Bu gündən etibarən “La Perla” markası Bakı Şopinq Festivalına qoşulub. Bununla da Bakının mərkəzində, Yusif Məmmədəliyev küçəsi, 1A ünvanında yerləşən və italyan lüks qadın geyimlərinin satışı ilə bütün dünyada məşhur olan bu mağaza xanımlara festival sürprizi edərək inanılmaz endirimlərə başladı.

Bakı Şopinq Festivalı günlərində bu mağazada seçilmiş mallara 70%-dək endirimlər tətbiq edilib. Bu fürsət festivalın sonuncu günü – mayın 10-dan sonra ələ düşməyəcək!

Unikal və dəyərli məhsulları ilə seçilən, qadın paltarlarının satışı üzrə ixtisaslaşmış “La Perla” mağazası festivala qoşulmuş digər mağazalar kimi, mayın 10-dək xarici turistlərə və Azərbaycan vətəndaşlarına çox sərfəli şərtlərlə öz mallarını təklif edir.

Bakı Şopinq Festivalı çərçivəsində “Baku Shopping Festivalı” stikerini gördüyünüz mağazalarda Sizi xüsusi endirimlər gözləyir. Sevdiyiniz, bəyəndiyiniz malları sərfəli qiymətlərlə almaq istəyirsinizsə, mayın 10-dək həmin mağazalarda alış-veriş etməyə tələsin!

Festivala qoşulan mağazaların sayı hər gün artmaqdadır. Qeydiyyatdan keçmiş və hər gün əlavə olunan yeni mağazaların ümumi siyahı ilə http://bakushopfest.com/our-stores/  linkində tanış olmaq olar.

Frame.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!