Unikal yapon brendləri

Patimat Əbdürrəhmanova, “Japan Estetic” şirkətinin mütəxəssisi

– “Japan Estetic”  şirkəti bu sərgidə üç unikal yapon brendini təqdim edir: “imperatorlara layiq kosmetika” titullu “Nabocul”, yüksək texnoloji “Wave” və farmakoloji “Tobishi” brendləri. Bu brendlərin məhsulları Yaponiya Səhiyyə və Sosial İnkişaf Nazirliyi tərəfindən yoxlanılıb və təsdiq edilib. “Japan Estetic” bu şirkətlərin Rusiyadakı rəsmi distribyutorudur.

“Nabocul” brendinin bütün kosmetik məhsulları təbii inqrediyentlərə əsaslanır, belə ki, onların tərkibində dəniz yosunları və hipo-allergenlər var. “Tobishi” brendi müxtəlif sahələrdə tətbiq olunan bioloji preparat və orijinal tibbi preparatların istehsalı sahəsində liderdir. “Wave” şirkəti isə dərinin qeyri-invaziv üsulla cavanlaşdırılması üçün qabaqcıl texnologiyalardan istifadə edir.

Biz təqdim etdiyimiz məhsullara maraq göstərən sektorun peşəkarlarını – kosmetoloq, dermatoloq və veneroloqları, eləcə də klinika nümayəndələrini öz stendimizdə görməyə məmnun olarıq. Sərgi yüksək səviyyədə təşkil edilib və Azərbaycan bazarını tərəfimizdən təqdim edilən brendlərin unikal metodikası ilə tanış etməyə şərait yaradır.

image006-1Frame.az

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: