“Unveiled” adlı sərgi keçiriləcək

“Unveiled”-“Yaşmaqsız” – sənədli foto sərgisi İran İslam Respublikasında etnik azlıqda olan qadınların çətinliklərini görüntüləmiş Azərbaycan və Gürcüstandan olan iki fotoqraf qadının işini nümayiş etdirir.

Bu iztirablı foto və multimedia vasitəsilə Fereydan və Təbrizdəki qadınların cəsarəti, şəfqəti, qüvvəti və zərifliyi nümayiş ediləcək.

Sərgidə Nino-Ana Samkharadze İranın Fereydan bölgəsində yaşayan etnik Gürcü qadınlarını, Lalə Əliyeva isə Təbrizdə yaşayan etnik Azərbaycan qadınlarını öz fotolarında təqdim edəcəklər.

Həmçinin fotoqraflar öz təcrübələrini də ziyarətçilərə bölüşəcəklər.

Sərgi avqustun 30-u sentyabrın 1-i aralığında nümayiş olunacaq.

Məkan Lev Tolstoy küçəsində yerləşən Bunker Artground.

Hamınızı bu maraqlı sərgini ziyarət etməyə dəvət edirik.

Ülviyyə Ədalətqızı

Frame.az

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloggers like this: