MəsləhətPsixologiya

Uşağa “sözə qulaq asmağı” öyrətməyin yolları

Övladınızla aranızda olan problemi aradan qaldırmaq istəyirsinizsə aşağıdakı məsləhətlərdən faydalana bilərsiniz.

1. “Valideynlik taxtı”ndan enin.

Uşaq iməkləməyə başlayarkən ətrafdakı hər şey ona çox böyük görünür. Halbuki bir yaşına qədər valideynlər körpələri əldə gəzdirdikləri görə uşaqların görməsi böyüklərin ətraf mühiti görməsi ilə eyni səviyyədə olur. Körpə böyüyür, artıq yeriməyə başlayan zaman valideynin baxışını o aşağıdan yuxarıya baxış kimi görür, nitqini isə əmr kimi qəbul edir. Fiziki olaraq uşağın səviyyəsinə enin. Onun gözlərinə baxın və sözlərinizi belə çatdırın.

2. Tələblərinizi ardıcıl irəli sürün.

İstənilən işi görərkən hansısa ardıcıllığa riaət edirik. Uşaqlarla rəftarımız və onlardan tələblərimiz də müəyyən ardıcıllıqla olmalıdır. Məsələn, valideyn özü hansısa işi yerinə yetirir uşağa geyinib hazır olma əmrini verirsə, çətin ki, uşaq deyilən sözü dərhal yerinə yetirər. Övladlarınıza əmri ötürən kimi özünüz hazırlaşmağa başlayın. Uşaqlar valideynlərinin hərəkətlərini, vərdişlərini təkrar edir.

3. Oyunlar oynayın.

Övladınız bütün oyuncaqları yerə atır, üstündən qaçır, tapdalayır. Balacalar “Tez ol oyuncaqları yığ”, “ Nə qədər demək olar, oyuncaqları yerə atma” sözlərinə fikir vermirsə, onların sevimli oyuncaqlarını əlinizə alın, körpənizin gözünə baxaraq soruşun: “Bu ayı necə inciyib bizdən, yerə yıxılıb, qolu əzilib” və uşaqla belə nağıllar və hekayələr qurun, çalışın nağıllarınızın baş qəhramanı sizin övladınıza bənzəsin.

4. “Yox” və “olmaz” sözlərini unudun.

Övladınız yağışdan sonra suda oynayır, ayağını isladır. Uşağa suya girmək olmaz deməkdənsə ona ətraflı izah edin ki, yalnız rezin çəkmələrdə suya girmək olar.

5. Gözlənilməz təkrarlar edin.

Qaydalar həmişə qüvvədə qalır. Onları müxtəlif vəziyyətlərdə, müxtəlif zamanlarda uşaqlar üçün təkrar edin. Bu qaydalar uşaqların ömrü boyu yadlarında qalacaq.

valideyn.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!