EventsMüsabiqələrQalereyaŞəkillərTəqdimat

Uşaqlar üçün “Təhlükəsiz internet mühitini yarat” adlı rəsm müsabiqəsi elan olunub

Elektron Təhlükəsizlik Xidməti “Kibertəhlükəsizlik üzrə maarifləndirmə ayı” çərçivəsində uşaqlar üçün “Təhlükəsiz internet mühitini yarat” şüarı altında rəsm müsabiqəsi elan edir:

Müsabiqədə iştiraka dair tələblər:

Rəsm kibertəhlükəsizliklə əlaqəli mövzuları əhatə etməlidir;

Müsabiqədə 10-16 yaş arası uşaqlar iştirak edə bilər;

Müsabiqəyə bir nəfər yalnız bir rəsm göndərə bilər;

Rəsm xüsusi proqramların köməyindən istifadə edilmədən rəngli karandaş və ya sulu boya ilə kağız üzərində çəkilməlidir;

Rəsmin üzərində ifadə etdiyi məzmuna uyğun olaraq bir mesaj qeyd edilməlidir;

Rəsmi göndərmək üçün son tarix 25 oktyabr 2021-ci il saat 00:00-dır.

Münsiflər heyəti tərəfindən seçilən maraqlı və kreativ rəsmlər Elektron Təhlükəsizlik Xidmətinin rəsmi “Facebook” səhifəsində paylaşılacaq.

Ən çox bəyənmə toplayan ilk 3 rəsmin sahibinə Elektron Təhlükəsizlik Xidməti tərəfindən hədiyyə və sertifikatlar təqdim olunacaq.

Hazırladığınız rəsmin skanını aşağıdakı keçidə daxil olmaqla göndərə bilərsiniz:

https://forms.gle/vkJ6hUTEC9dGgQKw7

Müsabiqə ilə bağlı suallarınız yaranarsa, +99412 493 2056 nömrəsi ilə əlaqə saxlaya və yaxud contest@cert.az e-poçt ünvanına yaza bilərsiniz.

 

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!