EventsMusiqi

“Uşaqların rəngarəng dünyası” adlı konsert proqramı keçiriləcək

Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar iyunun 4 –də Heydər Əliyev Sarayında “Uşaqların rəngarəng dünyası” adlı konsert proqramı keçiriləcək.

Sarayın mətbuat xidmətindən bildirilib ki, konsertdə Azərbaycan, Rusiya, Ukrayna və Gürcüstandan olan rəqs kollektivləri iştirak edəcək. Tamaşaçılar rəqs kollektivlərinin ifasında milli, dünya və müasir rəqsləri izləyə biləcəklər.

Biletləri www.iticket.az saytından onlayn, şəhərin kassalarından və “ASAN xidmət” mərkəzlərindən əldə etmək olar. Frame.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!