Maraqlı

Uşaqların tərbiyəsində yol verilən 7 səhv

Valideynlər övladlarına hər şeyin yaxşısını verə bilmək üçün, çoxlu enerji və güc itirirlər. Təəssüf ki, ifrat qayğı və sevgi, uşaqların özünü formalaşdırmasına mane olur.

Uşaqların tərbiyəsi üzrə bestsellerlərin lideri Tim Elmorun aşağıdakı məsləhətləri ilə tanış olun.

1. Uşaqlarımıza risk etməyi icazə vermirik

Biz, ətrafımızı hər dəqiqə təhlükələrlə əhatə edən dünyada yaşayırıq. Bütün bunlara görə övladlarımızı qoruyuruq. Lakin, Avropalı psixoloqlar əmindir ki, əgər uşaq küçədə oynamırsa və bir dəfə də olsa yıxılıb ayağını əzmirsə, böyüdükdən sonra özünə inamı olmayacaq.

Uşaqlar başa düşməlidir ki, yıxılmaqda qorxulu heçnə yoxdu. Yeniyetmə ilk sevgi acısını çəkməsə, sonradan uzunmüddətli münasibətlər qura bilməyəcək. Valideyn bütün bu risklərdən uşağını qorusa, uşağın özünə inamı olmayacaq.

2. Köməyə tez atılırıq

Uşaqlarımız çətinə düşdüyü zaman ona kömək etmək üçün tələsirik. Bu da gələcəkdə onlara hər hansı problemini təkbaşına həll etməkdə çətinlik yaradacaq.

3. Onlarla daha tez öyünürük

Uşaqlarımızn hər şeyi ilə tez öyünürüksə, bu onlara gələcəkdə problemlər yaradır. İlk əvvəl onlar özlərini xüsusi hiss etməyə başlayır. Lakin sonradan yalnız valideynlərinin onu xususi hesab etdiyini, onlardan başqa heçkimin onun adını belə çəkmədiyini görür. Bütün bunlar onları yalan danışmağa, fırıldaqçılıq və bu kimi şeylər etməyə sövq edir. Təbiki uçaqlarımızı tərifləmək olar, ancaq onlar buna layiq olduğu zaman.

4. Günah hissini uğur yolunda maneəyə çevirmək
Çox zaman uşaqlara istədikləri hər şeyi veririk. Ona “yox”, “indi olmaz” sözlərini öyrətmirik. Böyüdükdən sonra onlar yox sözünü eşitmək belə istəmirlər. Övladınıza istədiyi şey uğrunda mübarizə aparmağı öyrədin.

5. Keçmiş səhvlərimizi onlarla bömürük

Övladlarımız azadlığa can atanda, bir işi tək etmək istəyəndə onun qarşısına çıxacaq çətinliklər barədə məsləhət verin. Onun yaşında olanda hansı vəziyyətdə olduğunuzu, səhvlərinizi onunla bölüşün.

6. İntellekt və istedadın, yetkinlik olduğunu fikirləşmək

Uşaq bir sahədə istedadlıdırsa bu o demək deyil ki, digər vəziyyətlərdə də belədir. Onu inkişaf etməyinə yardımçı olun. Sərbəstliyə öyrədin.

7. Övladlarımıza öyrətdiklərimizi özümüz etmirik

Uşaqlar valideynlərin sözləri ilə deyil, hərəkətləri ilə böyüyür. Belə bir deyim var: “Uşaqlarınızı tərbiyə etməyin, onsuzda onlar sizə bənzəyəcək”.

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!