Uşaqlarınızın fotolarını sosial şəbəkədə paylaşmaq nə üçün təhlükəlidir?

Bir çoxlarımız övladlarımızın şəkillərini sosial şəbəkələrdə paylaşmağı sevirik. Onların nə etdiyini, necə əyləndiyini və. s kimi şeyləri hamı ilə bölüşürük. Lakin, bir çoxlarımızın ağlına belə gəlmir ki, uşaqlar üçün ən təhlükəli insanlar elə internetdə “işləyir”.

Bu o demək deyil ki, siz paranoid olub uşaqlarınızı hamıdan gizli saxlamalınız. Sadəcə hər şey çərçivəsində olmalıdır.

Harada olmaqlarından asılı olmayaraq övladlarınızın olduğu məkanı qeyd etməyin – Xəbəriniz belə olmadan adətən olduğunuz yerləri izləyə bilərlər.

Övladlarınızın necə əyləndiyi fotoları paylaşmayın – onların necə əyləndiyini və nələri xoşladıqlarını bilərək asanlıqla övladlarınızı aldada bilərlər.

Onlar haqqında olan şəxsi məlumatları heç bir yerdə paylaşmayın – Bir çoxları uşaqlarının vizasını, pasportunu və bir çox sənədləri almaları ilə öyünərək sosial şəbəkədə paylaşır. Lakin, paylaşdığınız sənədlərdə qeyd olunan nömrələr vasitəsilə övladlarınızın harada təhsil aldığı və yaşadığı haqqında məlumatları əldə etmək mümkündür.

Maşının yanında olan şəkilləri paylaşmayın – Bəzən paylaşdığınız şəkillər özünüzə qarşı da istifadə oluna bilər. Gördüyünüz bu valideynlər ” maşında oyun” başlığı altında foto yerləşdirdikdən sonra həbs olunublar.

2

Uşaqlarınızın yarı çılpaq və onları gələcəkdə utandıracaq fotolarını paylaşmayın.

Əgər övladlarınızdan savayı şəkildə başqa  uşaqlar varsa bu fotonu paylaşmayın, çünki bu valideynlərin xoşuna gəlməyə bilər.

 

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: