EventsMuğamMusiqiTəqdimat

Beynəlxalq Muğam Mərkəzində X Beynəlxalq Uşaq Muğam Festivalı yubiley konserti keçirildi

Oktyabrın 3-də Beynəlxalq Muğam Mərkəzində X Beynəlxalq Uşaq Muğam Festivalının final mərhələsi keçirildi. Festival  Mədəniyyət Nazirliyinin, Azərbaycan Respublikası Gənclər və İdman  Nazirliyinin dəstəyi, “Kainat” Gənclik Mərkəzinin  təşkilatçılığı ilə  baş tutdu.
 İlk olaraq müxtəlif ölkələrin nümayəndələrinin təbrik teleqramları videoçarxla tamaşaçılara təqdim olundu.
Daha sonra səhnəyə Gənclər və İdman nazirinin müavini İntiqam Babayev çıxaraq, Azərbaycanda muğam ifaçılığına göstərilən qayğıdan, muğamın inkişafından danışdı. Heydər Əliyev Fondunun dəstəyi ilə ölkəmizdə keçirilən Beynəlxalq Muğam festivallarının, həmçinin muğam televiziya müsabiqələrinin əhəmiyyətini vurğulayıb.
 “Kainat” Gənclik Mərkəzinin direktoru, təşkilat komitəsinin sədri Rahib Rəsulzadə bu illər ərzində keçirilən Beynəlxalq Uşaq Muğam Festivalındakı iştiraklarına görə hərkəsə uğurlar arzuladı  və minnətdarlığını bildirdi.
     1997-ci ildən yaranan “Kainat” Gənclik Mərkəzi bu günədək Uşaq Muğam festivallarını təşkil edir.
     Bu ilki festivalda  9 ölkədən gəlmiş uşaq muğam ifaçıları Bəşirli Kənan, Şahbazov Xaqani, İsmayilov Ruslan(Azərbaycan), Wafaa Emad Mahmod Hussein Abouzaid (Misir), Kakayeva Humay (Türkmənistan),Dilnaz Tashmukhamed (Qazaxıstan),Asrayeva Jasmina, Khakimov Umidjon,Nishanov  Shokhrukh  (Özbəkistan), Namatbekov Boogachy,Burkanov Ramil (Qırğızıstan),Sultan İpek (Türkiyə), Yaınus tahseen Mohammed (İraq),  Farbakhti Artan (İran) öz ölkələrini təmsil etdilər.
     İfaları Beynəlxalq münsiflər heyəti qiymətləndirdi. Münsiflər heyətinin sədri Xalq artisti,tarzən, professor Ağasəlim Abdullayev idi. Festival iştirakçılarını Baba Salahov adına  “Araz” xalq çalğı alətləri ansamblı müşayiət edirdi.
     İştirakçılardan Bəşirli Kənan (Azərbaycan)-Qran-priyə, Şahbazov Xaqani (Azərbaycan), Wafaa Emad Mahmod Hussein Abouzaid (Misir), -birinci yerə, Farbakhti Artan (İran), İsmayilov Ruslan(Azərbaycan), Kakayeva Humay (Türkmənistan), Yaınus tahseen Mohammed (İraq) ikinci yerə,Rahimjan Sayat(Qazaxıstan), Nishanov  Shokhrukh  (Özbəkistan), Burkanov Ramil (Qırğızıstan), Sultan İpek (Türkiyə), Dilnaz Tashmukhamed (Qazaxıstan) üçüncu yerə layiq görüldülər.
     Qaliblərə xüsusi diplom və qiymətli hədiyyələr verildi.Beş nəfər iştirakçıya həvəsləndirici mükafat təqdim olundu. Finalda iştirak edən bütün ifaçılar diplom və hədiyyələrlə mükafatlandırıldılar.
Konsert muğamsevərlər tərəfindən maraqla və alqışla qarşılandı.

Oktyabrın 5- də saat 19:00- da Beynəlxalq Muğam Mərkəzində, Beynəlxalq Muğam Mərkəzi və “Mədəniyyət” kanalının birgə təşkilatçılığı ilə “Nizaminin qəzəlləri”ndən ibarət  tədbir keçiriləcək

Frame.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!