Üzgüçülük yarışında Türkiyə ilk qızıl medalını qazanıb

200 metr məsafəyə arxası üstə üzmə yarışında Ege Başerin sdayəsində hesabına daha 1 qızıl medal yazan Türkiyə komandası İslam Həmrəyliyi Oyunlarında mövqeyini qoruyub.

Bakı Su İdmanı Mərkəzində keçirilən yarışın son saniyələrində yüksək sürət nümayiş etdirən 19 yaşlı türkiyəli üzgüçü ən yaxın izləyicisi, əlcəzairli Adbellah Arconinin onu ötməsinə imkan verməyib. Bürünc medalı isə indoneziyalı Riki Anqqavidja qazanıb.

Azərbaycan çempionu Boris Kirilovun məsafənin yarısında ön sırada olması yerli azarkeşləri həyəcanlandırsa da, o, finişə dördüncü çatıb.

Bu gün axşam saatlarında üzgüçülük üzrə daha 6 məsafədə yarış keçirilir. Qadınların 800 metr məsafəyə sərbəst üsulla üzmə, kişilərin isə 400 metr məsafəyə sərbəst üsulla estafet yarışları daha böyük maraqla gözlənilir. Frame.az

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: