İş və gündəlik həyatınız arasında mükəmməl balans yaratmağın 4 sadə yolu.

Biz gərgin dövrdə yaşayırıq və bu o deməkdir ki, hədəflərimiz getdikcə artır. Bizim qrafikimiz daima doludur və başa düşürük ki, ideal balans yaratdıqda iş yerimizdə effektivlik artacaq. Əgər siz özünüz bu problemlə hansı ki, iş-həyat balansının tarazsızlığına gətirib çıxardanla qarşılaşırsınızsa, bu sadə addımlar sizə çox kömək edəcək.

 1. Vaxtınızı səmərəli istifadə edin. 
Birinci ən çətin məsələlərinizi həll edin. Brayan Treysinin məşhur kitabı “Eat That Frog!”-da o, Mark Tvendən sitat gətirmişdi: “Əgər siz səhər yeməyinə qurbağa yesəniz, bu bütün günü etdiyiniz işlərdən ən çətini olacaq”. Sitat onu göstərir ki, əgər hər gün birinci olaraq qarşınızda duran vəzifələrin ən ağırını və hətta qurduğunuz cədvəlinizdə belə yazılmayanları edirsinizsə, siz özünüzü gün boyu rahat hiss edəcəksizniz.

 2. Hər zaman “HƏ” deməyin. 
Sizin işdə olan fəaliyyətiniz və sadiqliyiniz çox gözəldir, amma iş-həyat balansı yaratmaq üçün, “YOX” deməyi öyrənmək lazımdır. Glassbreakers-in Baş Direktoru Eylin Keri, belə bir cümlə ifadə edib: “Əgər sizin vəzifənizə aid olmayan və ya tapşırıq verə biləcəyiniz şəxs onu özü asanlıqla həyata keçirə biləcəksə, “yox” deməyə çəkinməyin”. Bəzi yerlərdə razı olmamaq vacibdir, çünki bu hörmət qazandırır. Əgər verdikləri tapşırıq sizə gəlir gətirmirsə və ona sərf ettiyiniz vaxt sizin gəlir gətirən vaxtınızdan aparırsa, “yox” demək sizin işinizə sadiqliyi nümayış etdirir və vaxtınızı dəyərləndirir.

 3. Sağlam həyat tərzi sürün. 
İşin əsas mahiyyəti sağlam həyat yaşamaqdır. Sizin üstünüzə düşən böyük layihələri həyata keçirtmək üçün ilk öncə sağlam olmağınız lazımdır. İşinizə məqsədlər qoyduğunuz kimi səhhətinizə də eyni tipdə məqsədlər qoyun. Bir çox sahibkarlar istirahət etmədən işləyirlər və sonda onların səhhətlərində problemlər əmələ gəlir. Bunları təkrarlamayın. Bir neçə saat özünüzü yuxudan məhrum etməklə siz, layihə üzərində işləmək bacarığınızı belə itirə bilərsiniz.

 4. Kömək istəyin. 
Sizə kömək lazım olanda istəməyə çəkinməyin. Əgər sizə köməkçi lazımdırsa, məsələn zənglərinizə cavab vermək üçün və ya elektron poçtu yoxlamaq üçün, onu tapın. Öhdəliyinizdə olan işlərə kömək etmək üçün sizin əməkdaşlarızdan, dostlarızdan hətta ailənizdən belə kömək istəyin. Yeganə hücumçu olmayın, qələbə qazanmaq üçün hər birimizə oyunda yarımmüdafiəçilər lazımdır.  

Frame.az

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: