Vaxt gələcək, Formula 1 də elektrik mühərriklərinə keçəcək-Niko Rosberq

Formula 1 çempionatındakı karyerasını başa vurduqdan sonra Niko Rosberq elektrik mühərrikli avtomobillərin təbliği ilə məşğuldur.

Frame.az xəbər verir ki, o, Formula E yarışlarına sərmayə yatırıb. N.Rosberq əmindir ki, vaxt gələcək, Formula 1 də elektrik mühərriklərinə keçəcək.

“Formula 1-də çıxış edərkən mən tamamilə bütün fikirlərimi öz işimin üzərində cəmləşdirmişdim. Bu mərhələ bitdikdən sonra mən ətrafa baxaraq fikirləşdim: “Daha nələr var?”, – deyə Niko Rosberq Davos İqtisadi Forumunda bildirib. “Hazırda mən tez hərəkətə keçməyi bacarmayanlara bunu öyrətməyə çalışıram. Fikrimcə, bu, mənim güclü cəhətimdir. Mən bunu Formula 1-də öyrənmişəm. Çünki orada hər şey sürətlə baş verir, hətta qərarların qəbulu belə. Avtomobil sənayesində bəzən söhbətlər çox, hərəkətlər isə az olur. Mən bu bacarığımı digər sahələrdə istifadə edə bilərəm. Fikrimcə, faydalı olar.

Əgər bütün dünyada elektrik mühərrikli və ya hidrogen yanacaqlı avtomobillər satılarsa, o zaman Formula 1-də əvvəlki kimi avtomobillər benzinlə yürüşəcəklərsə, bu, mənasızdır. Vaxt gələcək, Formula 1 dəyişməli olacaq.

Bir neçə il bundan əvvəl hamı “Ah bu elektrik mühərrikləri!” deyirdi. İndi isə daxili yanma mühərriklərinin ən sadiq pərəstişkarları vəziyyətə daha geniş prizmadan baxırlar. Mənim yeni həyatımda görüləcək çox işlərim var ki, daha mənə Formula 1 karyeramla bağlı suallar verməsinlər. Xeyr, mən yarışlar üçün darıxmıram. Fikrimcə, belə bir nailiyyət əldə etdikdən sonra getmək çox yaxşıdır. Bu, mənə irəli hərəkət etməkdə yardım edir və ola bilər ki, həyatımın sonunadək belə davam etsin”, – deyə Niko Rosberq bildirib.

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: