Vegetarianlıq nədir?

Vegetarian – ət yeməyən insan. Vegetarian (lat. vegeterian) latın sözü olub sağlam həyat mənasını bildirir. Adi halda vegetarianlıq dedikdə heyvan mənşəli məhsullardan – ət, süd, yumurtadan pəhriz etmək nəzərdə tutulur. Bir insanın sadəcə ət məhsullarından çəkinməsi vegetarianlıq deyil. Sırf vegetarianlıq təkcə qida pəhrizi deyil və xüsusi bir həyat tərzindən ibarətdir.

Vegetarianlar öz rasionlarından əti və balığı çıxarırlar və yalnız göyərti, meyvə və südlü yeməklərlə qidalanırlar. Süd məhsullarından istifadə edənlər laktovegetarian adlanırlar. Yumurtadan istifadə edənlər isə ovo-laktovegetarian adlanırlar. Ciddi, tələbkar vegetarianlar nə yumurta yeyir, nə də süd içirlər. Vegetarianların əksəriyyəti alkoqollu içkilər içməyin və siqaret çəkmənin əleyhinədir.

Məşhur vegeterianları sizə təqdim edirik: Albert Eynşteyn, Pifaqor, Lev Tolstoy, Mahatma Qandi, Corc Bernard Şou, Leonardo Da vinçi, Əzizə Mustafazadə.

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: