EventsMobil dünyaTəqdimat

“Virtual Bələdçi” layihəsi başa çatıb

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyi və “Gənclərin Dostluq Şəbəkəsi” İctimai Birliyinin təşkilatçılığı ilə keçirilən “Virtual Bələdçi”  layihəsi  başa çatıb.

23 dekabr 2017 – ci il tarixindən başlayan və 04 yanvar 2018 – ci il tarixində başa çatan layihənin keçirilməsində məqsəd layihə iştirakçılarının turizmə olan maraqlarının artırmaq, xüsusilə ölkəmizin turizim imkanlarının dünya ölkələrinə tanırdırılması üçün müasir texnikadan düzgün istifadə edərək gəncləri bu işə istiqamətləndirmək, ingilis dili daxil olmaqla, digər dillərdə çalışa bilən bələdçi-tərcüməçilərin hazırlanmaq və bu işin təşkilinə təcrübəli  bələdçiləri cəlb etməkdən ibarət olub.

Ümumilikdə layihə çərçivəsində layihəyə cəlb olunacaq təcrübəli ekspert və təlimçilər tərəfindən iştirakçılara 4 dərs proqramına uyğun olaraq “Daxili turizm”, “Beynəlxalq turizm”, Еkоturizm, “Gəlmə (qəbul еtmə) turizmi”, “Yaşıl turizm üzrə bələdçi”, “Dağ turizm marşrutları üzrə bələdçi” və “Ekskursiya bələdçisi” kimi mövzularda təlimlər və praktiki məşğələlər təşkil edilib.

Təlimlər bələdçilik üzrə beynəlxalq təlimçi Səkinə Əsgərova tərəfindən aparılıb.

Praktiki təlimlər isə “İçəri şəhər” qoruğunda  bələdçi Cəmil Heydərli tərəfindən keçirlib  və iştiraçılar bələdçiliyin sirləri ilə əyani şəkildə tanış olmaq imkanı əldə ediblər.

Eyni zamanda iştirakçılar Azərbaycan Respublikasının Gənclər və İdman, Rabitə və İnformasiya Texnologiyaları nazirliklərinin dəstəyi ilə icra olunan “Virtual Qarabağ” İnformasiya-Kommunikasiya Texnologiyaları Mərkəzinin fəaliyyəti ilə yaxından tanış olublar.

Layihənin sonunda iştirakçılara təlimləri uğurla başa vurduqları üçün  şəhadətnamələr təqdim edilib.

Frame.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!