Təbii qış makiyajı necə olmalıdır?

Makiyajda son zamanların trendi, mümkün olduğu qədər təbii görünməkdir.

Soyuq qış günlərini qarşılaşmağa hazırlandığımız bu günlərdə dəyişən fəslə uyğunlaşmaq üçün, həm dərimiz, həm də edəcəyimiz makiyaj baxımından çox önəmlidir.

Açıq tonlara üstünlük verin Təbii görünüşlü bir qış makiyajını etmək olduqca asandır. Makiyaj edərkən açıq tonlar seçməlisiniz. Rənginizə uyğun pastel tonlar ilə təbii və cazibədar görünüşə qovuşacaqsınız. Örtücülərdən istifadə etmək istəyirsinizsə, çox ağır olmayan örtücülər və ya BB kremlər seçiminiz ola bilər.

Gözləriniz parıldasın! Üzümüzdə ən çox diqqət çəkən yer gözlərimizdir. Qış aylarında həm təbii, həm də canlı bir görünüşə sahib olmaq üçün ten rənglərinə diqqət etməlisiniz. Bunun üçün şaftalı və ya qəhvəyi rənglərdə ten çəkin və kipriklərinizə makiyaj edərək onları da ön plana çıxarın. Dodaqları qurutmayan dodaq boyaları seçin

Növbə gəldi dodaq boyalarına!

Qış aylarında ən çox dərd etdiyimiz mövzulardan biri də quruyan dodaqlarımızdır. Dodaqları qurutmayan, gün ərzində nəmli saxlayan və eyni zamanda da təbii rəng verən dodaq boyaları ən yaxşı dostumuz kimidir! Rəng seçiminiz, nude tonlar, qəhvəyi tonlar, çəhrayı və narıncı tonlar olmalıdır. Bu rənglər təbii qış makiyajı üçün idealdır.

Kamalya

Frame.az

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: