Vişnəli kakolu Keks

✓150 gram əridilmiş yağ (2/3 su stəkanı)
✓200 ml Süd
✓1 çay qaşığı Limon Suyu
✓3 yumurta
✓250 gram Şəkər tozu (1 + 1/4 su stəkan)
✓350 gram Un (3 su stəkan)
✓3 yemək qaşığı Kakao
✓1 çay qaşığı  soda
✓1 su stəkanı Tumsuz Vişnə (yayda buzluğa qoyduğum)
Südün içinə limon suyunu töküb 10 dəq gözləyin.  Qorxmayın.  Süd Çürüyəcək 😁 bizə bu lazımdır. (Buttermilk)
Un, kakao və sodanı qarışdırın.
Yumurtaları şəkər tozu ilə birlikdə çırpın.
Buttermilki  və yagi əlavə edib çırpın.
Unlu qarışımı yavaş yavaş əlavə edib çırpın.
Hazırladığınız xəmiri soba qabina tökün
Üzərinə vişnələri yayın.
Öncədən isidilmiş sobada bişirin.
Parvina J

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: