Volf etiraf edib ki, Hemilton Soçi qələbəsini təhlükəsizlik maşını olmadan qazana bilməzdi

Formula 1 çempionatının “Mercedes” komandasının rəhbəri Toto Volf “Ferrari”nin pilotu Sebastian Fettelin trasda dayanmasından sonra yürüşlərin rəhbərliyi tərəfindən virtual təhlükəsizlik maşını rejiminin qoşulmayacağı təqdirdə hadisələrin necə cərəyan edəcəyi barədə fikirlərini bölüşüb.

Frame.az xəbər verir ki, Luis Hemilton virtual təhlükəsizlik maşını rejimində pip-stop həyata keçirib və trasa qayıtdıqda özünün “Ferrari”nin pilotu Şarl Leklerdən irəlidə olduğunu görüb. Əgər Hemilton yürüş rejimində pip-stopda olsaydı, o zaman trasa Leklerin arxasınca qayıdardı.

Volfa “Fettel ilə heç bir hadisə olmayacağı təqdirdə “Mercedes”də necə hərəkət edərdilər” sualı verilib.

“O halda finişə 25 dövrə qalmış Luisə “soft” təkərləri verilərdi. Rəqibin “medium”una qarşı “soft”la yürüşü davam etmək lazım gələrdi. Düzünü desəm, bu, qələbəyə kifayət etməzdi. Luis sonuncu yürüşlərdə olduğu kimi onun arxasınca “düşəcəkdi”, bu isə qalibiyyət əldə etməyə yetməzdi”, – deyə “RaceFans” Toto Volfun sözlərindən sitat gətirir.

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: