HandmadeQalereyaTəqdimat

Vuqar Ali-nin JAZZ DÜNYASI

Çoxdankı arzum idi, bir rəssam kimi yaradıcılığımda Jazz mövzusunu, bu ecəzkar musiqi dünyasını rənglər vasitəsi ilə kətanda canlandırmaq. Və nəhayət ki bu arzum gerçəkləşdi. Sənətinə pərəstiş etdiyim, həm də çoxdan dostluq etdiyim, gözəl Jazzmen və gözəl insan, Jazz Festivalının təşəbbüskarı və bu layihənin rəhbəri Rain Sultanovdan Jazz Festivalı çərçivəsində bu mövzuda rəsm sərgisi ideyasını eşidəndə çox sevindim. İlk baxışdan bəlkədə asan görünsədə bütün həmahənglik problemlərinin həllində Rain bəyin rolu da qaçırılmazdır. Jazz – musiqi terminalogiyası, instrumental həll və bl kompozisiyaların festivala uyqunluq və ansaml olaraq Festivalın mövzusuna uygun olma problemlərinin həllində ona çox minnətdaram.
Jazz aləmi əsas quruluşunu improvizə ifa tərzi üstündə köklədiyindən, bu mövzunun öz yaradıcılığımda necə olacağı və necə estetik, hansı kompozisiya ifa tərzində olacağı daim məni düşündürmüşdü. Hal-hazırda keçirilən Jazz Festivalında layihələnən “JAZZ COLOORS” adlı sərgi, festivalın çərçivəsi daxili üçün nəzərdə tutulub. Sərgiyə bu mövzuda 26 əsərim daxil edilib.
“Bass Monster”, “ Blues in Blue”, “Body & Soul”, “Clarinetist”, “Dexter”, “Dexter’s Mood”, “Drums Solo”, “Impressions”, “Isfar’s Colors”, “Inspiration”, “Jazz Duet”, “Jazz or Mugham”, “Jazz Trio”, “Lady & Blues”, “Let’s Dance”, “March”, “Piro”, “Power of Jazz”, “Rain Man”, “Rhythm & Blues”, “Round Midnight”, “Sentimental Mood”, “Sorry, Goodbye”, “The Man with the Horn”, “Waiting Aziza”.
Bütün bu rəsm əsərlərinin janrını təsadüfi olmayaraq qabaqcadan düşünülərək həll etmişəm. Rəngkarlıq janrının iki uslubunu, hətta Jazzda olugu kimi sintez etməkdən belə çəkinməmişəm. Yaradıcılığımın çox erkən dövründə, təhsil aldığım monumental sərt uslublu kompozisiya həllini qorxmadan, hətta iş prossesində çox zövq alaraq mücərrət rəng çırpilma üslubu ilə sintez etdim.
Bu sərt üslub, incəsənət tarixi dövrlərində, köklərini avropa, rus- sovet monumental boyakarlığından və ilkin təhsilimin məhz bu üslublu məktəbindən irəli gəlir.
Əlbəttə bunları qeyd etdikdə, bu üslubun incəsənət tarixində təməlini qoymuş korifeylərin adlarını çəkməmək və onları yada salmamaq düzğün olmazdı. Renatto Qutuzo, Deyneka, Tofiq Cavadov, Dünya şöhrətli Tahir Salahova və mənim Bu sənətdə böyük, əvəzolmaz rolu olan Sabir Şıxlıya minnətdaram.
İş prosesində bu kompozisiyalarin yaranması həllində inkişaf həlli bu prosesdə ikinci üslub mücərrıt rəng çırpması sintezi və Jazz janrının qayəsi olan improvizə özünü tapdı. Və əlbəttə ki, hər bir kompozisiyanın koloritini, kompozisiya oyunua daxil olan rəng həm-ahəngi, işlənilən hər bir mövusunda düşünülərəkdən və məqsədyönlu olaraq etmişəm.
Bu sərginin yaranmasında əvəzolmaz xidməti olan Festivalın rəhbərlərinə, başda Rain Sultanova, Mədəniyyət və Turizm Nazirliyinə, Sponsorlara dərin təşəkkürümü bildiriəm.
Hər birinizə bu festivaldan mənəvi, estetik zövq almağa dəvət edirəm.
Hörmət və etiramla : Vuqar Ali.
14724608_1267503403289387_196795556945720329_n 14720626_1267503406622720_7264134914853823359_n 14610887_1267503683289359_2183702319712391167_n 14650254_1267503983289329_1594685642949160505_n 14657331_1267504319955962_6088380334605600110_n 14650119_1267504383289289_8402575185394821810_n 14725474_1267504576622603_5186289834073878271_n 14642049_1267504903289237_2799046843917565172_n 14729394_1267505716622489_2411366304262997607_n 14724478_1267504889955905_4162366039975690685_n

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!