Baku City CircuitFormula 1Idman

“W Series” qadın çempionatı ABŞ və Meksika Qran-prilərində Formula 1-in dəstək seriyaları olacaq

“W Series” qadın avtoyürüşü çempionatının 2020-ci il mövsümünün təqviminə ABŞ və Meksika mərhələləri salınıb. Bu yarışlar Formula 1 mərhələlərinə müvafiq olaraq yürüş uik-endləri çərçivəsində keçiriləcək.

Frame.az xəbər verir ki, qadın iştirakçılar Ostindəki trasda oktyabrın 24-də, Mexikoda isə oktyabrın 31-də çıxış edəcəklər.

Bu, “W Series” yürüşlərinin Avropa hüdudlarından kənarda keçiriləcəyi ilk hal olacaq. 2019-cu il mövsümündə birinciliyin qalibi adını Ceymi Çedvik qazanıb. Çox keçmədən o, “Williams” komandası ilə müqavilə imzalayaraq, inkişaf üzrə pilot vəzifəsini tutub.

Mövsümün ilk yürüşü mayın 30-da, Sankt-Peterburq ətrafında yerləşən “İqora Drayv” avtodromunda keçiriləcək.

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!