“Williams” komandasının pilotu Robert Kubitsa sıralama turunda qəza törədib

Formula 1 SOCAR Azərbaycan Qran-Prisinin sıralama turunda “Williams” komandasının pilotu Robert Kubitsa qəza törədib.

Frame.az xəbər verir ki, pilot trekin ən ensiz hissəsində idarəetməni itirərək bolidi təhlükəsizlik baryerinə çırpıb. Bolid sıradan çıxdığı üçün pilot turu davam etdirə bilməyib. Pilot və bolid təxliyə edilib.

Sıralama turunun nəticəsinə əsasən, aprelin 28-də keçiriləcək əsas yarışda pilotların düzülüşü müəyyənləşəcək.

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: