Wings for Life APP RUN Baku 2017 qaçışın rəsmi nəticələri müəyyənləşdi

Wings for Life APP RUN Baku 2017 qaçışın rəsmi nəticələri müəyyənləşib.

Kişilər arasında ən uzun məsafəni qət edən – Elşad Asadov olub, 25,2 km ilə. Qadınların arasında ən yüksək nəticəni isə Ayla Seyid nümayiş etdirib, 15,82 km.

“Wing for Life App Run” marafonu şəhərdən çıxmadan beynəlxalq qaçışda iştirak etmək deməkdir. Bütün marafonçular Dənizkənarı Bulvarda eyni zamanda qaçışa başlayırlar. Final lenti yoxdur, əksinə, 30 dəqiqədən bir marafonçuların ardınca avtomobil hərəkətə başlayır və iştirakçıları “tutaraq” onların qaçışına son qoyur. Virtual “tutan avtomobil” 30 dəqiqə sonra saatda 15 km sürətlə hərəkətə keçir və axırıncı iştirakçını tutanadək sürətini tədricən artırır.

Qaçışda iştirak üçün ilk öncə smartfona tətbiq (Wings for Life World Run) yükləmək və qeydiyyatdan keçmək lazımdır.

“Wing for Life App Run” marafonu dünyanın 38 ölkəsindən 100 mindən çox insanın iştirak etdiyi şən və maraqlı qaçışdır. Xeyriyyə tədbiri olan marafon zamanı toplanmış vəsait onurğanın və onurğa beyninin müalicəsinin tədqiqatına sərf olunur.

Qaliblərə mükafat olaraq Go Sport-dan 300 AZN-lıq hədiyyə kartı və The Club Port Baku idman və sağlamlıq mərkəzinə bir aylıq abonement təqdim olunub.

Frame.az

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: