Wordsmith – Azərbaycan komandası yaradılıb!

ABŞ səfirliyinin təşkilatı dəstəyi ilə Wordsmith – Azərbaycan komandası yaradılıb! Komandaya ABŞ –ın nümayəndələri ilə yanaşı, Azərbaycan Gənclər İttifaqının üzvləri də daxil olublar. Yerli layihə tərəfdaşı Jam Group komandasına aiddir.

Baltimor repcisi, musiqiçi və sahibkar  Wordsmith güclü motivasiyalı mesajları ilə hip-hop deyir. Onun missiyası, əyləndirmək və kütlə üçün yüksək keyfiyyətli musiqi yaratmaqdır.

Wordsmith, “ Şüurlu Ticari Hip-hop” teatr nümayişləri ilə öz şəhərini, milli və beynəlxalq mərhələlərdə təqdim etməyə ümid edir.  Onun musiqisi hər yaş üçün məzmununda küfür olmadan, əyləncəli bir mesajla, yaxşılıqla doludur.

ABŞ – dan olan Hip-Hop Group Wordsmith nümayəndəsi oktyabr ayında ölkəmizdə hip-hop mədəniyyətini inkişaf etdirmək üçün ustad dərslərikeçirdi. Ustad dərsləri: Mc-ing, Hip-Hop dance kimi istiqamətlərdə keçirildi.

Qonaqlarımız qədim Şəki şəhərini ziyarət etmiş və möhtəşəm konsert keçirmişlər. Həmçinin paytaxtda üç konsert keçirmişlər. Bakıda ilk konsert Park Bulvar ticarət mərkəzində, ikinci dəfə YARAT Müasir İncəsənət Mərkəzində və yekun konsert Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında keçirildi. Layihədə hip-hop mədəniyyətinin nümayəndələri və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbələri iştirak ediblər. Layihə gedişatında hip-hop rəqsi üzrə çempionatda keçirildi.

Biz ölkəmizdə hip-hop mədəniyyətinin inkişafına böyük töhfələr verdiyinə görə ABŞ –ın Azərbaycandakı Səfirliyinə minnətdarlığımızı bildirir.

Frame.az

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: