EkologiyaFrame LifeIqtisadiyyatTəqdimat

“WorldFood Azerbaijan” sərgisinin 25 illik yubileyi münasibəti ilə Mərkəzi Nəbatat bağında badam və nar ağacları əkilib

11 may tarixində Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Nəbatat bağında Azərbaycan Beynəlxalq Qida Sənayesi “WorldFood Azerbaijan” sərgisinin 25 illik yubileyi münasibəti ilə badam və nar ağacları əkilib. Qədim vaxtlardan, badam ağacı təmizlik, çiçəklənmə və məhsuldarlıq rəmzi hesab edilir. Nar isə Azərbaycanın ayrılmaz atributu, canlanan həyat və təbiət simvolu, eləcə də “WorldFood Azerbaijan” sərgisinin yeni imicinin tərkib hissəsidir.

Ağacların əkilməsi Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi, Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi, eləcə də sərginin iştirakçı və təşkilatçılarının iştirakı ilə baş tutub.

“WorldFood Azerbaijan” sərgisi öz qapılarını ziyarətçilərin üzünə ilk dəfə 1995-ci ildə açıb və o vaxtdan etibarən həm Azərbaycanda, həm də regionda mütəxəssislər arasında artan nüfuza malikdir. Sərgi 25 illik uğurlu fəaliyyəti ərzində 40-dan artıq müxtəlif dünya ölkələrini təmsil edən 2137 şirkəti bir araya gətirib.

Keçirildiyi illər ərzində sərgi qida və əlaqədar sektorlar üçün avadanlıq, mal və xidmətlərin nümayiş olunduğu, eləcə də müştəri axtarışı və yeni bazarlara çıxış, habelə biznes tərəfdaşları ilə mövcud əlaqələrin möhkəmləndirilməsi üçün etibarlı platforma olduğunu sübut etmişdir. Bu gün sərgi regionda qida sənayesinin aparıcı yerli və beynəlxalq istehsalçıları, distribyutorları və ixracatçılarının yeganə və unikal görüş yeridir.

Sərgi Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi, Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK), Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu, Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi və BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) dəstəyi ilə keçirilir.

“WorldFood Azerbaijan” 2019 sərgisi 15-17 may tarixlərində Bakı Ekspo Mərkəzində keçiriləcək.

Frame.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!