“WoWoman in Me” altı həftəlik intensiv liderlik və mentorluq proqramının bağlanış tədbiri keçirilib

Noyabrın 4-də “WoWoman” qadınların inkişaf platformasının ABŞ-ın Azərbaycandakı səfirliyinin dəstəyi ilə həyata keçirdiyi “WoWoman in Me” altı həftəlik intensiv liderlik və mentorluq proqramının bağlanış tədbiri keçirilib.

Frame.az xəbər verir ki, layihə ilə bağlı fikirlərini bildirən platformanın təsisçisi Zərəngiz Hüseynova bildirib ki, “WoWoman in Me” proqramının məqsədi xanımlara öz arzularını həyata keçirmək üçün lazımi bilikləri əldə etməkdə dəstək olmaqdır. Bu proqram vasitəsilə 50 xanıma liderlik keyfiyyətləri öyrədilib, onlar fərdi və peşəkar məqsədlərə çatmağa kömək ola biləcək mentorlarla tanış edilib. Bu proqram Harvard, Stanford, Massaçusets Texnologiya İnstitutu da daxil olmaqla, TED konfranslar, tədbirlər və təlimlərdə öyrədilən təcrübəyə əsaslanaraq təşkil edilib.

Tədbirin xüsusi qonağı “Google” şirkətinin rəsmisi Nina Levçuk cəmiyyətin inkişafında mentorluğun rolundan danışıb.

Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbərinin birinci müşaviri Denis Daniilidis stereotiplərdən azad olaraq gələcəyi dəyişdirməyin mümkünlüyünü vurğulayıb.

ABŞ səfirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Karolina Savec öz təcrübəsinə əsaslanaraq karyera qurmaqda kömək ola biləcək vasitələrdən, xüsusilə əhatənin formalaşmasından danışıb.

Tədbir “Qadınların inkişafında qeyri-formal təhsilin rolu” və “Qadın sahibkarların biznes dünyasında əhəmiyyəti” mövzularında panel müzakirələrlə davam edib.

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: