CinemaFaydamız OlsunTəqdimat

WoWoman Cinematography layihəsinə start verdi

Wowoman qadınlara ən çılğın və “imkansız” xəyallarını həyata keçirmək üçün şərait yaradan, onları istiqamətləndirən platformadır.

Paltforma bu dəfə fərqli layihəyə start verir. Belə ki,  Wowoman: Wowideo kinematoqrafiyaya marağı olan xanımlara lazımi bacarıqlara yiyələnməsi üçün xüsusi yaradılarn proqramdır.

Proqramın şüarımı “Camera! Action! Non-Stop!” özü layihənin məzmunu haqqında anlayış yaradır – daim hərəkətdə olan kinematoqrafiya mühitində öyrəniləsi çox şey var və xanımlar öz “Hollivud”umuzu yaradana qədər çalişmaq niyyətindərir.

Layihənin birinci hissəsi 7 interaktiv dərsdən və 3 günlük müstəqil seminardan obarət olacaq və 10 Mart – 10 May 2017 tarixləri arasinda Ahmed Muxtar, Maria Ibrahimova, Famil Mahmudbayli kimi kino sahəsində professionalların təlimləri ilə həyata keçiriləcəkdir. Həm yerli, həm də beynəlxalq mühitdə məşhur olan digər film peşəkarların da 2 ay davam edəcək təlimlərdə studio dərsləri üçün istirakı gözlənilir. Dərslər İngilis və Azərbaycan dillərində keçiriləcək.

Bu kinematoqrafiya sahəsində karyeraniza başlanğıc üçün böyük fürsətdir, əziz xanımlar!

Bu işdə Wowoman Maria Ibrahimova tərəfindən ABS səfirliyinin dəstəyi ilə yaradılmış “Women in motion” layihəsi ilə əməkdaşlıq edir.

Biz inanırıq ki, bu təlimlər hər bir istirakçının ruhundaki kinematoqrafı oyadacaq və O öz qısa filminin çəkilişi üçün lazımi bilikləri əldə edəcək.

Qeydiyyat üçün son tarix 10 Mart 2017-ci ilə qədər uzadıldı. Ən yaxşı namizədlərin qəbul  olunması üçün kriteriya maraqlı film ideyasının və bu sahədə irəliləmək üçün güclü motivasiyasının olmasıdır.

Əlavə məlumatı WoWoman:WoWideo facebook səhifəsi və  WoWoman saytından əldə edə bilərsiniz.

Wowideo kinematoqrafiya məktəbinin nümayəndəsi olmağa bir addım olaraq bu formu doldurun:

https://docs.google.com/forms/d/e/1FAIpQLScBAGu9p70TFJA8LhIikmuiauuSqAWaWb85NjPc3Fyhph1eag/viewform?c=0&w=1

Biz inanırıq ki, bu dunyanı möhtəşəm edə bilər!

Frame.az

 

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!