WoWoman platforması 2 yaşını qeyd edəcək

WoWoman qadınların inkişafı üçün yaradılan, onların ən qeyri-adi, çılğın və mümkünsüz görünən arzularını həyata keçirmək üçün yol göstərən, istiqamətləndirən platformadır.

Artıq iki ildir ki fəaliyyət göstərən platforma bu müddət ərzində 6000 iştirakçıilə 100-dən çoxtədbir, 15 uzun müddətli kurs təşkil edib və 17 500-dən çox müraciət alıb.

İkinci ilinin uğurları qeyd etmək, həyata keçirilən layihələrin hesabatını vermək məqsədilə WoWoman 19 fevral Fairmont Baku otelində media nümayəndələri, tanınmış simaları, təlimçiləri, səfirliklər və nazirliklərin, dövlət qurumları və özəl sektorun təmsilçilərini bir araya gətirəcək. Həmçinin, qonaqlar həmin gün üçüncü ilin fəaliyyət planı ilə tanış olacaqlar və yeni layihələrin başlanma tarixləri haqqında məlumat alacaqlar.

Tədbirdə iştirak isə yalnız dəvətnamə ilə olacaq.

Daha ətraflı: https://www.facebook.com/events/747118858772750/ Frame.az

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: