EventsTəqdimat

Wowoman xanımları “New Year Party for Women” adlı Yeni il tədbirinə dəvət edir

WoWoman qadınların inkişafı üçün yaradılan, onların ən qeyri-adi, çılğın və mümkünsüz görünən arzularını həyata keçirmək üçün yol göstərən, istiqamətləndirən platformadır. WOWOMAN tərkibində yaradılan layihələrdən biri də İT sahəsində qadınların inkişafı üçün çalışan Tech-Tech Xanım layihəsidir. Beləki Wowoman Tech-Tech Xanım bu istiqamətdə xanımları maarifləndirmək, onların özlərini daha yaxşı inkişaf etdirmələri üçün mütəmadi olaraq müxtəlif qısa və uzunmüddətli kurslar, təlimlər və tədbirlər təşkil edir.

İl ərzində xanımlarla birgə onların inkişafı üçün çalışan Wowoman Tech-Tech Xanım bu dəfə isə xanımları ilin yekunu üçün təşkil etdikləri “New Year Party for Women” adlı Yeni il tədbirinə dəvət edir. Tədbirin məqsədi xanımları yenidən bir Wowoman adı altında bir yerə toplamaq, ilin uğurlarından, növbəti il üçün qarşıya qoyulan məqsədlərdən danışmaq və ən əsası xanımlarla birgə ilin yorğunluğunu ataraq əylənməkdir.
Yeni il tədbiri 24 dekabr saat 17:00da XOXO BAKUda keçiriləcək.

Tədbirə bütün xanımlar dəvətlidir!

Tədbir haqqında ətraflı buradan öyrənə bilərsiniz: https://www.facebook.com/events/376977172740475/

Frame.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!