Xəzərdə kruiz turizmini inkişaf etdirmək planlaşdırılır

Rusiya Federal Turizm Agentliyi (Rosturizm) Xəzəryanı ölkələri – Azərbaycan, İran, Qazaxıstan və Türkmənistanı cəlb etməklə, Xəzər dənizində kruiz turizmini inkişaf etdirməyi planlaşdırır.

Frame.az TASS agentliyinə istinadla xəbər verir ki, bunu Rosturizmin başçısı Oleq Safonov bəyan edib.

O.Safonov deyib: “Biz Xəzərdə kruiz turizmini inkişaf etdirmək məsələsi üzərində işləyirik. Üstəlik, hesab edirik ki, belə turizm ən mühüm istiqamətlərdən biridir və çox perspektivlidir. Özü də bu layihələr Rusiya Federasiyasını, Azərbaycanı, İran İslam Respublikasını, Qazaxıstanı və Türkmənistanı birləşdirə bilər. Bununla da hazırda mövcud olmayan prinsipcə yeni, yüksək səviyyəli turizm məhsulu təklif olunacaq”.

Onun sözlərinə görə, kruiz turizminin inkişafında başlıca problem infrastrukturun – gəmilərin yan alması üçün körpülərin, sərnişin vağzallarının, buraxılış məntəqələrinin yaradılması və s. Bu obyektlər gələn il üçün hazır olmalıdır.

Rosturizmin başçısı deyib: “Həmkarlarımız və dostlarımız bu işə çox böyük maraq göstərirlər. Mən İran və Azərbaycanı da nəzərdə tuturam. Bu işdə hamı maraqlıdır. Biz bu marşrutların yaradılması istiqamətində fəal irəliləyirik. Dünən Dağıstanın başçısı ilə görüşdə bu mövzunu da müzakirə etdik. Bu ideyanı o da dəstəkləyir”.

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: