Xəzərdən başlayan səyahət Naxçıvana yetişdi

Aprelin 7-də “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının Xəzərdən başlayan su səyahətinin Naxçıvan mərhələsinə start verilib.
Səyahətin ilk ünvanı Şahbuz rayonundakı Batabat gölü olub. Göl Naxçıvan şəhərindən şimal istiqamətində bir saatlıq məsafədə yerləşir. Çəmənliklərin əhatə etdiyi bu əsrarəngiz dağ gölü dumduru, saf suyu ilə tanınır.

Su mərasimi, şahmat həvəskarı Murad Əliyarov, Avropa çempionatının cüdo üzrə bürünc medal mükafatçısı Orxan Quliyev və Bakı 2015 Avropa Oyunlarının boks üzrə bürünc medal mükafatçısı Tayfur Əliyev tərəfindən göldən səhəngə su doldurulması ilə nümayiş etdirildi.
Daha sonra “Domestic Grassroots” proqramı çərçivəsində İlham Əliyev adına Olimpiya İdman Kompleksində möhtəşəm bir layihə, “Sport joys – Regional idman tədbiri” həyata keçirildi. Bakı 2017, 4-cü İslam Həmrəyliyi Oyunlarının tanıtımı və gənclərin idmana cəlb olunması məqsədi ilə  məktəblilər arasında təşkil olunan müsabiqədə İslam Oyunlarının idmançı səfiri Hacı Əliyev də iştirak etdi.

Mərasim axşam saatlarında Heydər Əliyev Parkında keçirilən “Su festivalı” tədbiri ilə davam etdi.  Tədbirə sərbəst giriş imkanı olan region sakinləri Mirvari rəqs qrupu, Naxçıvan Muxtar Respublikasının Əməkdar artisti  Hünər Əliyev və Naxçıvan Dövlət Filarmoniyasının Mahnı və Rəqs ansamblının ifasından, möhtəşəm lazer şou və atəşfəşanlıqdan zövq aldılar.

Azərbaycan ərazisini əhatə edən və Xəzərdən Başlayan Səyahətin növbəti dayanacağı 9 aprel tarixində Astara rayonu olacaq. Xəzər dənizindən başlayan, 37 gün ərzində 3,000 km-dən artıq məsafəni qət edəcək səyahət 15 bölgəni əhatə edəcək.

Frame.az

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: