EventsHandmadeŞəkillərSərgiTəqdimatTəqdimat

“Xəzinə” Gəncə rəssamlarının sərgisi keçiriləcəkdir

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı, Azərbaycan Dövlət Rəsm Qalereyası, Azərbaycan Rəssamlar İttifaqının Gəncə filialı, Gəncə şəhər uşaq rəssamlıq məktəbinin dəstəyi ilə2019-cu il fevral ayının 20-də saat 18:00-da Muzey Mərkəzində “Xəzinə” Gəncə rəssamlarının sərgisi keçiriləcəkdir.

Layihə Azərbaycanın bədii ənənələri, mədəni irsini, gənc rəssamların bədii inkişafının dəstəklənməsi və formalaşması üçün yaradıcı mühitin yaradılması, bədii yaradıcılığın müxtəlif sahələrində (təsviri və dekorativ-tətbiqi sənət) işləyən gənc perspektivli rəssamların aşkarlanması, onların dəstəklənməsi,  region rəssamlarının bədii yaradıcılığına geniş ictimai marağın cəlb olunması, estetik tərbiyə, geniş auditoriyaya regionun diqqətəlayiq dəyərlərini göstərmək, yetişməkdə olan nəsil tərəfindən incəsənətin mədəni dəyərlərinin qavranılmasıməqsədi ilə həyata keçirilir.

Bəzi fərziyyələrə görə “Gəncə” sözü pəhləvi dilindən “xəzinə” kimi tərcümə edilir. Gəncə Azərbaycanın ən qədim şəhərlərindən olmaqla yanaşı, mədəni irsin xəzinəsi, zəngin təbiət resurslarının, yüksək dəyərlərin beşiyidir. Sərgidə Gəncə rəssamlarının öz prizmasından bu və ya digər dəyərlərə baxışı, münasibəti göstərilir.

Sərgidə Gəncə rəssamlarından Nazim Babayev, Akif Hüseynov, Şaiq Məmmədov, gənc rəssamlar Elçin Cəfərov, Məhər Məhərrəmov, Təlatüm Məmmədov və digər rəssamların əsərləri təqdim olunacaqdır. Eyni zamanda, Gəncə Dövlət Rəsm Qalereyasının fondunda saxlanılan bir neçə əsər ekspozisiyaya daxil edilmişdir.

Sərginin kuratoru Məhbarə Abbasovadır.

Sərgi 20-27 fevral 2019-cu il tarixlərində açıq olacaqdır. Giriş sərbəstdir.

Sərginin açılışı: 20 fevral saat 18:00.

Ünvan: Muzey Mərkəzi, Neftçilər pr., 49

Əlaqə tel.: (050) 684 24 92

E-mail: xazina.sargisi@mail.ru

Frame.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!