“Xəzridən Xəzriyə” sənədli filmi təqdim olundu

Bakı Olimpiya stadionunun media komfrans zalında CBC SPORT telekanalının “Xəzridən Xəzriyə” sənədli filminin təqdimat mərasimi keçirilib.

Film vaxtilə mövcud olmuş Buzovnanın “Xəzri” komandasına həsr edilib. Tədbirdə AFFA-nın baş katibi Elxan Məmmədov, CBC SPORT telekanalının rəhbəri Volkan Üst, jurnalistlər və veteran futbolçular iştirak ediblər.

Filmdə yaradıcılıq işində klubun yaradılması, keçdiyi yol, Azərbaycan çempionatında əldə etdiyi nailiyyətlər və avrokubokdakı çıxışı, Buzovna qəsəbə stadionunun hazırkı vəziyyətindən görüntülər nümayiş etdirilib.

Komandanın keçmiş futbolçuları, baş məşqçisi Nadir Qasımov, buzovnalı azarkeşlərin bölüşdükləri xatirələr, tamaşaçıların marağı ilə qarşılanıb. Sənədli filmin baş prodüseri Volkan Üst, ssenari müəllifi və quruluşçu rejissoru Azər Cavad Əliyev, filmin baş redaktoru Məmmədşərif Ələkbərov, müəllifi Əminə Kazımovadır.

Frame.az

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: