Cinema

“Xənnas”-dan növbəti yenilik

Azərbaycanın kino tarixində ilk qorxu filmi (mistik triller) olaraq bir ilk-ə imza atmış “Xənnas” filminin yaradıcı heyətindən, növbəti ilk-ə imza atılır. Belə ki, artıq filmin möhtəşəm, və günümüzün şou biznes ulduzlarının iştirakı ilə təşkil olunan qala gecəsinə, yalnız ulduzlar deyil, o cümlədən qalada iştirak etmək istəyən kino həvəskarları da qatıla biləcəklər.

Bunun üçün bütün kino həvəskarlarını, qala gecənin keçiriləcəyi Nizami Kino Mərkəzinin kassalarına dəvət edirik. Cəmi 15 AZN məbləğində olan biletləri almaqla, 3 may tarixində keçiriləcək filmin bütün aktyor və yaradıcı heyətinin, TV Magazin proqramlarının və o cümlədən Azərbaycan şou-biznesinin məhşurlarının iştirak etdiyi əsrarəngiz qala gecədə esklüziv iştirak, filmin ilk baxışından həzz almaq və bu tarixi anı bütün “Xənnas” heyəti ilə birlikdə keçirmək imkanınız var!

Onu da qeyd edək ki, Qaladan əvvəl keçiriləcək furşet masası və energetik içkilər də biletin qiymətinə daxildir.

 Diqqətinizə çatdırmaq istərdik ki, film 4 may tarixindən etibarən, bütün CinemaPlus kinoteatrlarında (Gənclik Mall, 28 Mall, AygunCity, Azərbaycan k/t, Nizami k/t, Gəncə şəhəri) nümayişə başlayacaqdır.

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!