EventsSərgiTəqdimat

Xətai Sənət Mərkəzində “Təcəssüm (Kaat’ı Sənəti və Rəssamlıq)” çərçivəsində İnci Aksu, Nicat Muxtarlı və Aysel Günəşin fərdi sərgisi keçiriləcəkdir

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Retro Holding  və  Xətai  Sənət  Mərkəzinin təşkilatçılığı ilə 2018-ci il 7  iyul tarixində saat 11:00-da Xətai Sənət Mərkəzində “Təcəssüm (Kaat’ı Sənəti və Rəssamlıq)” çərçivəsində İnci Aksu, Nicat Muxtarlı və Aysel Günəşin fərdi  sərgisi keçiriləcəkdir.

İnci Aksu 1973-cü il aprelin 25-də İzmir şəhərində anadan olmuşdur. 1999-ci ildə İzmir şəhəri “Əl Sənətləri” kursunda təhsil almış və Kaat’ı Sənəti dərslərini Ertuğrul Özkasnaklı’dan öyrənmişdir. İnci Aksu 7 ildir Kaat’ı Sənətini, İzmir şəhərində fərdi kursda tədris etməkdədir. 2011-2017  illər ərzində 5 dəfə Fərdi Kursant Sərgiləri keçirilmişdir.

İnci Aksu ilk dəfə olaraq Bakı-da Kaat’ı Sənətinin gözəlliklərini nümayiş etdirəcəkdir.

Nicat Muxtarlı 1992-ci il mart ayının 22-də Bakı şəhərində anadan olmuşdur. 2001-2002-ci illərdə Pionerr kursunda rəsm dərsi almışdır. 2009-2013 illərdə Azərbaycan Dövlət Turizm İnstitutunda, 2014-2015-ci il ərzində İzmir Ekonomi Universitetində Magistratura, 2016- ci ildən isə Azərbaycan Qərb Universitetində Doktorantura təhsili almaqdadır. Hal-hazırda rəsm iə fərdi məşğul olmaqdadır, Bakıda və İzmir şəhərində bir çox sərgilərə qatılmışdır.

İlk fərdi sərgisi İzmir şəhərində daha sonra 2-ci fərdi sərgi İzmir Dövlət Balçova Mədəniyyət Mərkəzində və 2017-ci ildə İnci Aksu ilə birlikdə fərdi sərgisi keçirilmişdir.

Növbəti sərgi iyul ayının 7-də Bakı şəhəri Xətai Sənət Mərkəzində keçiriləcəkdir.

Aysel Güneş 1983-cü il dekabr ayının 12-də Bakı şəhərində anadan olmuşdur. 36 sayli Musqisi Məktəbini bitirdikdən sonra (fortepiano üzrə), Asəf Zeynallı adına musiqi kollecinə qəbul olunub. 2000-2014 illər ərzində Pianist, Konsertmestr olaraq işləyir, 2000-2012 illər ərzində “Milli Festivallara və tədbirlərə” , 2002-ci ildə “Morskovskiy Etüd”-də ifa etmişdir. 2016-cı ildən Kaat’ı Sənəti ilə məşğuldur.

Sərgi iyul ayının 7-də başlayacaqdır.

Sərgiyə giriş sərbəstdir.

Xətai Sənət Mərkəzinin ünvanı: Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti 62.

Frame.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!