X Beynəlxalq Mstislav Rostropoviç Musiqi Festivalı başa çatıb

Aprelin 22-dən 27-dək Bakıda Heydər Əliyev Fondu, Azərbaycan Mədəniyyət Nazirliyi və Mstislav Rostropoviç Fondunun (Rusiya) təşkilatçılığı ilə Mstislav Rostropoviç X Beynəlxalq Musiqi Festivalı keçirilib. Festivalda Rusiya, Fransa, İsveçrə, İspaniya və digər ölkələrdən dünyaşöhrətli musiqiçilər və kollektivlər iştirak edib.

Aprelin 27-də Heydər Əliyev Sarayında keçirilən festivalın yekun konsertində dirijor Tomas Hefelenin idarəçiliyi ilə MünchenKlang orkestrinin və xorunun (Almaniya) çıxışı olub.

Konsertdə dünyaşöhrətli bəstəkarlar Frants Şubert və Qabriel Forenin əsərləri səslənib.

Tamaşaçılar konserti böyük maraqla qarşılayıblar.

Frame.az

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: