Xalça Muzeyində “Mənim bayrağım” adlı tədbir keçiriləcək

Cari ilin 6 noyabr tarixində saat 12:00-da Azərbaycan Xalça Muzeyinin Uşaq Muzeyi şöbəsi tərəfindən “Dövlət bayraq günü” münasibəti ilə “Mənim bayrağım” adlı tədbir keçirləcək.
Tədbirdə Uşaq Muzeyi şöbəsinin dərnək üzvlərinin əl işlərindən ibarət “Mənim bayrağım” adlı rəsm sərgisi və dekorativ tətbiqi sənətinə aid nümunələrin nümayişi, həmçinin Avrorpa liseyi şagirdlərinin ifasında bayraq gününə aid mahnılar və şeirlərdən ibarət ədəbi musiqili kompozisiya təqdim olunacaq.
Tədbirin keçirilməsində əsas məqsəd uşaqlara və gənclərə tariximiz, milli adət-ənənələrimiz və dəyərlərimiz haqqında geniş məlumatlar verməkdir.
Qeyd edək ki, Azərbaycan Respublikasının dövlət bayrağı 1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin iclasında qəbul edilib və 1920-ci ilin aprel ayınadək dövlət statusuna malik olub. Azərbaycan Respublikası müstəqilliyini bərpa etdikdən sonra Azərbaycanın dövlət bayrağı milli müstəqilliyin simvolu kimi ölkəmizin bütün vətəndaşları üçün müqəddəs dövlətçilik rəmzlərindən birinə çevrilib. Həmin bayraq 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri, xalqımızın ümummilli lideri Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə keçirilən sessiyada Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı olaraq təsdiq edilib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 17 noyabr 2009-cu il tarixli sərəncamı ilə 9 noyabr tarixi Azərbaycan Respublikasının Dövlət Bayrağı günü kimi təsis olunub və hər il ölkəmizdə böyük təntənə ilə qeyd olunur. Dövlətin bayrağı ölkənin, millətin kimliyini, milli-dini mənsubiyyətini, hansı amallar uğrunda mübarizə apardığını ifadə edən xüsusi qürur mənbəyidir.

Fuad Rəsul
Azərbaycan Xalça Muzeyi
Mətbuat katibi14900366_1490188027664017_4247764784665907205_n 14910494_1490188067664013_9008996421564716935_n 14910465_1490188047664015_4466316221606448686_n

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: