EventsTəqdimat

Xalça Muzeyində 20 Yanvar faciəsinin 27-ci ildönümünə həsr olunmuş tədbir

Cari ilin 18 yanvar tarixində Azərbaycan Xalça Muzeyində 20 Yanvar faciəsinin 27-ci ildönümünə həsr olunmuş tədbir təşkil olunub.

Anım mərasimində 20 yanvar şahidi, yazıçı publisist Əmir Pəhləvan, AMEA-nın A. Bakıxanov aadına Tarix İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Sahibə Budaqova, 20 Yanvar Fondunun sədri Şövqi Bünyadzadə, “Qürur” Şəhid Ailələri Xeyriyyə İctimai Birliyin sədri Naibə Behbudova, İlham Allahverdiyev və Fərizə Nəbiyevaya həsr olunan “Sədaqət” xalçasının müəllifi Səməd Təbrizli çıxış edərək öz acı xatirələrini bölüşüblər.
Tədbirdə 20 Yanvar şəhidləri İlham və Fərizə həsr olunan Səməd Təbrizlinin müəllifi olduğu “Sədaqət” xalçası tədbir iştirakçılarına təqdim olunub.

Tədbirin bədii hissəsində Azərbaycan Xalça Muzeyinin Uşaq Muzeyi şöbəsinin dərnək üzvləri “Şəhidlər yaşayır” adlı rəsm sərgisi, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının dramaturq-yazıçı Tamara Vəliyevanın “Mənim ağ göyərçinim” adlı tamaşasından bir hissə, Qara Qarayev adına Mərkəzi İncəsənət məktəbinin şagirdlərinin ifasında musiqili kompozisiya nümayiş olundu. Frame.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!