EventsTəqdimat

Xalça Muzeyində “Bahar gəlir, yaz gəlir” adlı bayram tədbiri təşkil olundu

Martın 14-də Azərbaycan Xalça Muzeyi Uşaq Muzeyi şöbəsinin “Torpaq çərşənbəsi” ilə bağlı “Bahar gəlir, yaz gəlir” adlı bayram tədbiri təşkil olunub.

Bayram tədbirində saz ifası – “ruhani havası”, “Torpaq çərşənbəsi”nə aid xalq deyimləri, rəqslər, “üzük falı” oyunu, “yumurta döyüşməsi” oyunu, “xına” – ələ xına çəkilməsi və digər bayram proqramı təqdim edilib.

Qeyd edək ki, Novruz bayramı bir çox türk və müsəlman ölkələrində, o cümlədən Orta Asiya respublikalarında və Azərbaycanda qeyd edilir. Qədim dövrlərdən bəri xalqımız Novruzu yeni ilin başlanğıcı hesab etmiş, onu bolluq, bərəkət və firavanlığın əzəli kimi rəmziləşdirmişdir.

Frame.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!