EventsTəqdimat

Xalça Muzeyində “Mənim bayrağım” adlı tədbir keçirildi

Noyabrın 6-da Azərbaycan Xalça Muzeyinin Uşaq Muzeyi şöbəsi tərəfindən “Dövlət bayraq günü” münasibəti ilə “Mənim bayrağım” adlı tədbir keçirilib.
Tədbir Azərbaycan Respublikasının Dövlət himni ilə başlayıb.
Tədbiri giriş nitqi ilə açıq elan edən Uşaq Muzeyinin müdiri Azər Abdullayev muzeyin direktoru Şirin xanım Məlikovanın salamlarını və bayram təbrikini iştirakçılara çatdırıb. Qeyd olunub ki, tədbirin keçirilməsində əsas məqsəd uşaqlara və gənclərə tariximiz, milli adət-ənənələrimiz və dəyərlərimiz haqqında geniş məlumatlar verməkdir.
Bildirilib ki, millət və dövlət kimi varlığımızın sübutu, atalarımızın əmanəti olan, uğrunda minlərlə vətən övladının canından keçdiyi bayrağımızı sevirik və bundan sonra da sevməliyik. Onu bundan sonra da, son damla qanımıza qədər qoruyacaq və uca tutacağıq. Namusumuz, qeyrətimiz, şöhrətimiz olan bayrağımız ucaldıqda biz də ucalacağıq. Azərbaycan Bayrağı daim sülh səmasında dalğalanacaqdır.
Sonra Uşaq Muzeyi şöbəsinin dərnək üzvlərinin əl işlərindən ibarət “Mənim bayrağım” adlı rəsm sərgisi və dekorativ – tətbiqi sənətinə aid nümunələrin nümayişi, həmçinin Avrorpa liseyi şagirdlərinin ifasında bayraq gününə aid mahnılar və şeirlərdən ibarət ədəbi musiqili kompozisiya qonaqlara təqdim olunub.
Tədbirlə yanaşı, muzey binasının orijinal görünüşü, qeyri-adi ekspozisiya zallarının quruluşu da qonaqlarda xoş təəssürat oyadıb.

Fuad Rəsul
Azərbaycan Xalça Muzeyi
Mətbuat katibi 14991937_1492999377382882_7599700054427729871_n14956647_1493000544049432_2511015924493648010_n14980712_1492999357382884_6897957880403463273_n14910476_1492999657382854_6693901554621910038_n14925692_1492999844049502_3641485155653159692_n14639737_1492999830716170_7104836943081098841_n14991989_1492999884049498_3984042632799451835_n14925277_1493000077382812_7475371689282059473_n14962749_1493000567382763_4118426907107352034_n

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!