EventsMusiqiMədəniyyətTəqdimat

Xalq artisti Zaur Rzayevin səhnə fəaliyyətinin 50 illiyi qeyd ediləcək

Yanvarın 31-də Heydər Əliyev Sarayında Xalq artisti Zaur Rzayevin səhnə fəaliyyətinin 50 illiyinə həsr olunmuş gecə keçiriləcək.

Saraydan bildirilib ki, konsertdə Zaur Rzayevin musiqisevərlər arasında sevilən və tanınan “Dilbərim”, “Cavanlığım”, “Bilirəm gedmisən”, “Sev məni”, “Duman”, “Ay qız”, “Sarı bülbül”, “Vəfalısan gözəlim” və digər mahnıları səsləndiriləcək.

Biletləri Heydər Əliyev Sarayının kassasından, şəhərin kassalarından, www.iticket.azsaytından onlayn və “ASAN xidmət” mərkəzlərindən, “Gənclik” və “28 Mall” ticarət mərkəzlərindəki kassalardan əldə etmək olar.

Frame.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!