Xalqın sənətçisi ad gününü belə qeyd etdi

Flora xanım 1941-ci il iyulun 23-də anadan olmuşdur. Ağdam 1993-cü il iyul ayının 23-də işğal olunduğu üçün sənətçi xanım o vaxtdan doğum gününü qeyd etmir.

Bu slaydşou üçün JavaScript lazımdır.

Amma ötən gün xalq artisti “Addım Gənclər Birliyi”nin təşəbbüsü ilə “Cinema Plus”da pərəstişkarları ilə görüşüb. Təşkilatın rəhbəri Hüseyn Cavadzadənin sözlərinə görə, canlı əfsanə ilə görüş çoxsaylı pərəstişkarların arzusu idi: “Hər kəs bilir ki, Flora xanım ad gününü qeyd etmir. Biz də çalışdıq bir az da olsa onun könlünü xoş edək”.

Flora xanımı sevənlər bir araya toplaşıb, həm sənətkarın doğum gününü təbrik etdilər, həm də onunla şəkil çəkdirdilər.

Onu da qeyd edək ki, xalq artistinin imici üzərində tanınmış top-stilist Anar Ağakişiyev çalışıb.

Frame.az adından gözəl sənətkarımızı bir daha təbrik edir, can sağlığı arzu edirik.

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: