“Xatirələr” adlı sərgi təşkil olunacaq

Mayın 30 – da Arts Council Azerbaijan “START” layihəsi çərçivəsində gənc və həvəskar rəssamların inkişafı üçün Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi və Gənclər Şəbəkəsi “Xatirələr” adlı sərgisini təşkil edəcək. Sərginin kuratoru Nurziya Xəlilova və Natalya Yarkovayadır.

Arts Council Azerbaijan – dan bildirlib ki, “Start” layihənin məqsədi incəsənətin təbliğində gənclərin rolunu artırmaq, onların bu işin təbliğatçısı qismində çıxış etmələrinə dəstək olmaqdır. Sərgidə müxtəlif üslubda və texnikada işlənən sənət əsərləri; rəngkarlıq, qobelen, heykəltəraşlıq nümünələri təqdim olunacaq.

Sərgi  Art Villa qalereyasında saat 19:00-da olacaq.

Frame.az

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: