EventsSosialTəqdimat

Xeyirxah işarə dilində ilk forumun keçirilməsinə hazırlaşır

8 dekabr tarixində Azərbaycan – Fransız Universitetində Xeyirxah Platformasının Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı ilə birgə, işarə dili üzrə tanınmış təlimçi Nuranə Abıyevanın təqdimatında həyata keçirdiyi “Səssiz Qəhrəman” işarə dili təlimlərinin açılışı və ilk təlimi baş tutdu.

Xeyirxah Platformasından bildiriblər ki, Platformanın rəhbəri Çingiz Səfərov gələcək planlardan söz açaraq Platforma tərəfindən ilk dəfə olaraq “Səssiz Qəhrəman” işarə dili forumunun keçiriləcəyini qeyd etdi. Bildirildi ki, eşitmə və danışma qüsuru olan insanlar üçün keçiriləcək forumların müxtəlif mövzuları əhatə etməklə ənənəvi şəkildə keçirilməsi planlaşdırılır.

Daha sonra Nuranə Abıyevanın təqdimatında interaktiv təlim davam etdi. O, qeyd etdi ki, layihənin davamında iştirakçılarla birgə müxtəlif fləşmobların hazırlanması nəzərdə tutulub. Bundan başqa, xüsusi olaraq, layihə üçün hazırlanmış video dərsliklər mütəmadi şəkildə iştirakçılara və ictimaiyyətə sosial şəbəkələr üzərindən təqdim olunacaq.

Frame.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!