EventsSosialTəqdimat

Xeyirxah kampaniyası “Nəfəs Festivalı” konsertini keçirdi

Bir qrup gəncin iştirakı ilə ərsəyə gələn Xeyirxah Kampaniyası “Elektra Events Hall”-da məşhurların iştirakı ilə “Nəfəs festivalı” adlı möhtəşəm konsert proqramı keçirib. Konsert proqramı Xəzər Televiziyası, İticket.az, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı, ikiqat.com – gündəlik internet dərgisi, Bizon, Tutti Parfumeriya Mağazası və Xeyirxah Kampaniyasının birgə təşkilatçılığı ilə baş tutub.

Xeyirxah.com-un məlumatına görə  əsas məqsəd “Onu Sən Yaşat!” devizi ilə başlanan aksiya çərçivəsində keçirilən konsertdən 8000 manat əldə olunaraq aksiyaya dəstək verməkdir.

Konsertdə Həyat Fondunun prezidenti Hacı Nuran Hüseynov çıxış edərək Tural Hacıyevin əməliyyatı üçün rəhbərlik etdiyi fonddan 10000 manat ayıracağını bildirib.

Murad Arifin aparıcılığı ilə keçirilən gecədə Elnarə Xəlilova, Ramil Nabran, Nigar Muharrem, Ayaz Babayev, Nadir NəğdPul, Natəvan Həbibi, Qurd, Nura Suri, Rauf Əhmədov, Kazım Can, Sima Nəsirova, Orxan Rəhimzadə, Aysel Əlizadə, Nahidə Babaşlı, Emil Bədəlov, Nuray Rəhman, MC Kərim, DJ Çina, DJ Fanurvə DJ Ququ iştirak edərək dəstəyini bildirib. Konsertin yadda qalan hadisələrindən biri isə Murad Arif və Ramil Nabranın yeni duetlərini ilk dəfə olaraq Nəfəs Festivalında təqdim etməsi olub.

Qeyd edək ki, “Onu Sən Yaşat!” aksiyası öz işinə davam edir və hər kəsi yardıma dəvət edir.

Ətraflı məlumat və ya ianə üçün www.xeyirxah.com saytına baxa, 077 288 36 66 mobil telefonu ilə əlaqə saxlaya bilərsiniz.

Frame.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!