EventsTəqdimat

“Xilas olunmuş eksponatlar”

Gəncə Şəhər İcra Hakimiyyəti və Azərbaycan Xalça Muzeyinin birgə təşkilatçılığı ilə Gəncə Şəhəri Məhsəti Gəncəvi Mərkəzində “Xalçaçılıq sənətini yaşat və təbliğ et” adlı layihə çərçivəsində gənclərlə növbəti görüş keçirildi.

Tədbiri Gəncə şəhər Mədəniyyət və Turizm İdarəsi nin məsul əməkdaşı Bəxtiyar Muradov açaraq qeyd edib ki, xalçaçılıq sənəti bizim ən qədim tarixə malik olan sənət növüdür. Bizlərdə xüsusəndə gənclərimiz  bu sənəti təblig etməli, yaşatmalı və gələcək nəsillərə ötürməkdə öz dəstəyini  əsirgəməməlidir.

Sonra Azərbaycan Xalça Muzeyinin mətbuat katibi, layihənin koordinatoru Fuad Rəsul iştirakçı gənclərə layihə haqqında ətraflı məlumat verib. Onun sözlərinə görə, layihə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının imzaladığı “Azərbaycan xalça sənətinin qorunması və inkişaf etdirilməsi” haqqında Azərbaycan Respublikasının qanunun 6-cı maddəsində qeyd olunan “Azərbaycan xalça sənətinin təbliği“ – bəndinə uyğun olaraq həyata keçirilir. Layihənin əsas məqsədi – ölkəmizin bütün bölgələrində Azərbaycan xalqının sevə-sevə yaşatdığı, əsrlər boyu qoruduğu qədim sənət növü olan xalçaçılıq tarixinin öyrənilməsi, unudulmaqda olan xalça sənətinin dirçəlişi və gənc nəsillərə təbliği məqsədilə xalçaçılıq üzrə tədris planı təşkil etməkdir. Layihənin  tədris planı ölkəmizin bütün bölgələri üzrə 1 ay müddətində həyta keçirilməsi nəzərdə tutulub.

Bildirilib ki, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın böyük zəhməti sayəsində milli xalçaçılıq sənəti 2010-cu ildə UNESCO-nun Qeyri-maddi Mədəni İrs Siyahısına daxil edilib.

Tədbir Azərbaycan Xalça Muzeyi Şuşa filialının  müdiri Səbinə Əzizovanın Gəncə, Qazax və  Qarabağ qrupuna  aid olan xalça və xalça məmulatları haqqında geniş mühazirəsi ilə davam edib.Həmçinin  “Xilas olunmuş eksponatlar” adlı jurnal da gənclərə təqdim olunub. Qeyd edək ki, layihənin sonunda iştirakçı gənclər Azərbaycan Xalça Muzeyini ziyarət edəcək. Layihəni uğurla başa vuran gənclərə sertifikat təqdim olunacaq. 14705632_1214920321880129_9011832198517800842_n 14716070_1214920375213457_4506751183989580447_n 14650767_1214920318546796_4785360073220034484_n 14718793_1214920315213463_6396639328260120967_nFrame.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!